Bakıda 2 hektar ərazi yanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.
Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.
85












