Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başlayır

Qafar Ağayev12:05 - Bu gün
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başlayır

Bakının mərkəzində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə və istirahət məkanlarına əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatl elektrik mikroavtobusları istifadəyə verilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, şatl mikroavtobusları iki istiqamət üzrə fəaliyyət göstərəcək:

  • C1 – Xaqani bağı – Zərifə Əliyeva küçəsinin sonu;
  • C2 – Sabir bağı – Əziz Əliyev küçəsinin sonu.

Məlumata görə, şatl mikroavtobusları həftə sonları və bayram günlərində saat 12:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.

Qeyd olunub ki, mikroavtobusların hərəkət intervalı 7-10 dəqiqə təşkil edir.

 

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər