Bakıda avtovağzalın yaxınlığında avtobus yanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtovağzalın yaxınlığında avtobus yanıb - FOTO

Qafar Ağayev13:14 - Bu gün
Bakıda avtovağzalın yaxınlığında avtobus yanıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

Qeyd: Foto APA-ya aiddir. 

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər