Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə keçirilən taktiki-uçuş təlimi başa çatıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə keçirilən taktiki-uçuş təlimi başa çatıb - VİDEO

Qafar Ağayev15:29 - Bu gün
Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə keçirilən taktiki-uçuş təlimi başa çatıb - VİDEO

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

1news.az xəbər verir ki, Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimdə ölkəmizi təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.

Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər