Ankara bu gün NATO-nun tarixi sammitinə ev sahibliyi edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ankara bu gün NATO-nun tarixi sammitinə ev sahibliyi edəcək

Qafar Ağayev08:40 - Bu gün
Ankara bu gün NATO-nun tarixi sammitinə ev sahibliyi edəcək

Ankara bu gün NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) tarixində ən mühüm sammitlərdən birinə ev sahibliyi edəcək.

1news.az xəbər verir ki, NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti bu gün Türkiyə paytaxtında işə başlayır.

Sammitdə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corca Meloni də daxil olmaqla, alyansa üzv 32 ölkənin dövlət və hökumət başçıları iştirak edəcəklər. Tədbirə, həmçinin, 100-ə yaxın nazir qatılacaq.

Sammit Ankara Ticarət Palatasının Konqres və Sərgi Mərkəzində keçiriləcək Müdafiə Sənayesi Forumu ilə başlayacaq. Tədbirin NATO-nun gələcəyi və qlobal təhlükəsizlik arxitekturasının formalaşması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.

Bu gün saat 18:30-da Beştəpə Prezident Kompleksində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın adından dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə rəsmi qəbul təşkil olunacaq.

Eyni gün Beştəpədə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin də görüşü keçiriləcək.

Liderlər üçün nəzərdə tutulan sammit proqramı iki gün davam edəcək.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər