Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir - VİDEO

First News Media11:30 - Bu gün
Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir - VİDEO

4 iyul tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun axtarışları davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər