Azərbaycan və İordaniya viza rejimini ləğv edir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İordaniya viza rejimini ləğv edir

1news Redaksiyası12:24 - 08 / 07 / 2026
Azərbaycan və İordaniya viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar.

Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.

 

 

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər