"Azəriqaz" xəbərdarlıq etdi: Bu ərazilərdə qaz olmayacaq
Bu gün təmir-quraşdırma işləri ilə əlaqədar paytaxtın bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
1news.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R.Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bildirilib ki, təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Saatlı rayonunun Yeni Novruzlu qəsəbəsinin və Qıraqlı, Mustafabəyli, Bəylik, Yeni Novruzlu kəndlərinin, həmçinin Hacıqabul rayonunun Muğan qəsəbəsinin və Muğan, Qubalı, Paşalı 1, Paşalı 2, Cəngən, Şorbaçı, Tağlı, Tava kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.












