Sinoptiklərdən xəbərdarlıq: Sabah havanın temperaturu 38 dərəcəyə yüksələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq: Sabah havanın temperaturu 38 dərəcəyə yüksələcək

First News Media13:29 - Bu gün
Sinoptiklərdən xəbərdarlıq: Sabah havanın temperaturu 38 dərəcəyə yüksələcək

Azərbaycanda iyulun 11-də 38 dərəcə isti olacaq.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacaq.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər