Çin iqtisadiyyatı gözləniləndən zəif böyüdü
Çin iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə 4,3 faiz artım göstərərək bazar gözləntilərinin altında qalıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, açıqlanan göstərici 1990-cı illərdən bəri qeydə alınan ən zəif rüblük iqtisadi artımlardan biri hesab olunur.
Mütəxəssislərin fikrincə, artım tempinin zəifləməsinə əsas səbəb əsas kapitala yatırımların və pərakəndə satışların proqnozlardan aşağı səviyyədə qalması olub.
Çin hökuməti 2026-cı il üzrə iqtisadi artımı 4,5–5 faiz səviyyəsində saxlamağı hədəfləyir.
Qeyd edək ki, təxminən 19,2 trilyon dollarlıq iqtisadiyyata malik Çin ABŞ-dən sonra dünyanın ikinci ən böyük iqtisadiyyatıdır.
71












