Nigeriyada güclü fırtına 7 nəfərin ölümünə səbəb olub | 1news.az | Xəbərlər
Dünya

Nigeriyada güclü fırtına 7 nəfərin ölümünə səbəb olub

Oksana Orucova14:26 - Bu gün
Nigeriyada güclü fırtına 7 nəfərin ölümünə səbəb olub

Nigeriyanın Ciqava ştatında baş verən güclü fırtına nəticəsində 7 nəfər həlak olub, 53 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ştatın Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) baş katibi Hannafi Faqam bildirib ki, güclü yağış və fırtına nəticəsində 5 403 təsərrüfat zərər görüb, minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, təbii fəlakət mühüm ictimai infrastruktur obyektlərinə də ciddi ziyan vurub. Belə ki, 47 ibtidai və orta məktəb, 3 xəstəxana və 2 polis bölməsi zədələnib.

Faqam əlavə edib ki, ştat hökuməti zərərçəkən ailələr üçün ərzaq yardımı, müvəqqəti sığınacaqlar, tibbi dəstək və təcili ehtiyacların qiymətləndirilməsi istiqamətində tədbirlərə başlayıb.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər