ABŞ-də dinozavr skeleti rekord qiymətə satıldı | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də dinozavr skeleti rekord qiymətə satıldı

Oksana Orucova13:48 - Bu gün
ABŞ-də dinozavr skeleti rekord qiymətə satıldı

ABŞ-nin Nyu-York şəhərində keçirilən hərracda "Gus" adlı "Tyrannosaurus rex (T-Rex)" skeleti 50,1 milyon dollara satılaraq hərrac tarixində ən bahalı dinozavr fosili olub.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, 67 milyon illik skelet "Sotheby's" hərrac evində cəmi 10 dəqiqə davam edən və 7 nəfərin iştirak etdiyi hərracda yeni sahibini tapıb.

Təxminən 4 metr hündürlüyündə olan skeletin 20–30 milyon dollar arasında satılacağı gözlənilirdi.

Skelet 2021-ci ildə ABŞ-nin Cənubi Dakota ştatındakı fermada aşkar edilib, qazıntılar 2023-cü ilə qədər davam edib. Onun laboratoriyada yenidən bərpası isə 3 il çəkib.

Bununla da "Gus", 2024-cü ildə 44,6 milyon dollara satılan "Apex" adlı steqozavr fosilinə məxsus əvvəlki satış rekordunu geridə qoyub.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər