İlham Əliyev: köçkünün həyatı artıq keçmişdə qaldı | 1news.az | Xəbərlər
Dünya

İlham Əliyev: köçkünün həyatı artıq keçmişdə qaldı

First News Media22:30 - 11 / 07 / 2026
İlham Əliyev: köçkünün həyatı artıq keçmişdə qaldı

Köçkünün həyatı artıq keçmişdə qaldı, indi siz doğma Qarabağ torpağında qürurla yaşayacaq və quracaqsınız, böyüklərə, ağsaqqallara, uşaqlara qayğı göstərəcəksiniz.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüş zamanı bildirib.

"Sizi doğma Qarabağ torpağına qayıdışınız münasibətilə təbrik edirəm. Sizə cansağlığı arzulayıram, uzun illər müxtəlif yerlərdə doğma yurd həsrəti ilə yaşamısınız", - deyə dövlət başçısı bildirib.

İlham Əliyev xatırladıb ki, iki həftə əvvəl Silahlı Qüvvələr Günü qeyd etdik: "Şanlı Ordumuz həm İkinci Qarabağ müharibəsində, həm də antiterror əməliyyatında böyük qəhrəmanlıq göstərib, Allah bütün şəhidlərimizin ruhunu rəhmət eləsin".

Prezident qeyd edib ki, Qaladərəsi kəndi 3 il əvvəl – 2023-cü ilin sentyabrında azad edilib: "Əminəm ki, İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövrdə o vaxt işğal olunmuş ərazilərdə yaşayan insanlar da ümid edirdilər ki, bu torpaqlara qayıdacağımız gün gələcək".

Mənbə: Report

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər