CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib | 1news.az | Xəbərlər
Dünya

CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib

First News Media15:17 - Bu gün
CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib

ABŞ Tehranın hərbi imkanlarını zəiflətmək məqsədilə İrana zərbələri bərpa edib.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"Bu gün Şərq vaxtı ilə səhər saat 6-da (Bakı vaxtı ilə saat 14:00-da) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana kütləvi zərbələr endirməyə başlayıb. Zərbələr İran qüvvələrinin Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə etdiyi hərbi imkanların daha da zəiflədilməsinə yönəlib", - məlumatda qeyd olunub.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər