Haluk Levent də daxil olmaqla 14 nəfər həbs olundu | 1news.az | Xəbərlər
Dünya

Haluk Levent də daxil olmaqla 14 nəfər həbs olundu

First News Media15:04 - Bu gün
Haluk Levent də daxil olmaqla 14 nəfər həbs olundu

İstanbul Respublika Prokurorluğunun "Ahbap" Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan şübhəlilərin məhkəmədəki prosessual hərəkətləri başa çatıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, növbətçi Sülh Cinayət Məhkəməsi "Ahbap" Dərnəyinin sədri Haluk Levent də daxil olmaqla 14 şübhəli barəsində həbs qətimkan tədbiri seçib.

Digər 11 şübhəli isə məhkəmə nəzarəti qətimkan tədbiri tətbiq olunmaqla sərbəst buraxılıb.

Həbs olunanlar arasında Haluk Leventlə yanaşı, Ece Güner, İlker Çetin, Nurdan Eriş, Yusuf Can Ertit, Kemal Ötünç, Şehmuz Baştuğ, Abdülcevat Özkan, Emrah Gödeliner, Erhan Dökmeci, Halil Bostancı, Mehmet Ulu, Yeliz Kaya və Zafer Yay da var.

İstintaq "cinayət törətmək məqsədilə təşkilat yaratma", "külli miqdarda dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması)" ittihamları üzrə aparılır.

İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin hazırladığı MASAK hesabatları, bank hesabları üzrə əməliyyatlar, texniki və fiziki müşahidələrin nəticələrinə əsasən, şübhəlilərin maliyyə profilləri ilə uyğun gəlməyən pul hərəkətlərinin aşkar edildiyi iddia olunur.

İstintaq materiallarında, həmçinin iri məbləğli pul köçürmələri, şans oyunları hesablarına edilən ödənişlər və qısa müddət ərzində həyata keçirilmiş çoxsaylı daşınmaz əmlak alqı-satqısı əməliyyatlarının da yer aldığı bildirilir.

İstintaq çərçivəsində daha əvvəl keçirilən əməliyyatlarda çoxsaylı şübhəli saxlanılıb. Bundan başqa, İstanbul Vilayət Jandarma Komandanlığının İstanbul, İzmir, Kocaeli və Muğla vilayətlərində keçirdiyi eyni vaxtlı əməliyyatlar zamanı saxlanılan daha 17 nəfər barəsində prosessual tədbirlərin davam etdiyi qeyd olunur.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər