Haluk Levent susqunluğunu pozdu: "Əsl bomba hələ qarşıdadır" | 1news.az | Xəbərlər
Dünya

Haluk Levent susqunluğunu pozdu: "Əsl bomba hələ qarşıdadır"

First News Media17:39 - Bu gün
Haluk Levent susqunluğunu pozdu: "Əsl bomba hələ qarşıdadır"

Türkiyədə "Ahbap" yardım dərnəyinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Haluk Levent ilk dəfə açıqlama verib.

1news.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabından açıqlama yayıb.

Musiqiçi ona qarşı irəli sürülən ittihamların dərnəyin fəaliyyəti ilə bağlı olmadığını vurğulayıb. İctimaiyyətə açıqlanan iddialar arasında dərnəyin vəsaiti hesabına 990 milyon lirə məbləğində qanuni mərc oyunlarında iştirak edildiyi və nəticədə 390 milyon lirə zərərin yarandığı da yer alıb.

Levent X sosial şəbəkəsindəki paylaşımında bildirib:

"Əsl bombanı gözləyin. Yaxın günlərdə edəcəyim açıqlamalarda hər şeyi görəcəksiniz. Bu prosesin lap əvvəlindən necə bu nöqtəyə gəlib çatdığını öyrənəcək və heyrət içində qalacaqsınız."

O, paylaşımında bir daha vurğulayıb:

"Bir daha bildirirəm ki, şəxsi borc və alacaq münasibətlərimin "Ahbap"la heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, israrla bunları dərnəklə əlaqələndirməyə çalışırlar. Zaman hər şeyi göstərəcək".

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər