İraqda ziyarətçilərin arasına avtomobil girdi: 10 nəfər həlak oldu, 12 nəfər yaralandı | 1news.az | Xəbərlər
Dünya

İraqda ziyarətçilərin arasına avtomobil girdi: 10 nəfər həlak oldu, 12 nəfər yaralandı

First News Media11:11 - Bu gün
İraqda ziyarətçilərin arasına avtomobil girdi: 10 nəfər həlak oldu, 12 nəfər yaralandı

İraqda Ərbəin ziyarəti zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Bəsrədən Kərbəlaya piyada gedən ziyarətçilərin arasına avtomobilin daxil olması nəticəsində 10 nəfər həyatını itirib, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerli vaxtla saat 04:00 radələrində Bəsrə şəhərinin şimal-şərqində yerləşən Hərisə rayonundan keçən əsas magistral yolda qeydə alınıb. Qəza zamanı ziyarətçilər Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya doğru hərəkət edirdilər.

Yerli mənbələrin məlumatına görə, hadisəyə səbəb olan avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olduğu iddia edilir. Rəsmi qurumlar isə bu məlumatı hələlik təsdiqləməyib.

Qəzadan sonra Bəsrə Yol Polisi hadisənin baş verdiyi yolu nəqliyyat vasitələrinin hərəkəti üçün bağlayıb. Təhlükəsizlik qüvvələri ərazidə araşdırmalara başlayıb.

Faktla bağlı istintaq davam etdirilir.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər