Miqrant qayığı batdı: 500-dən çox insan itkin düşdü | 1news.az | Xəbərlər
Dünya

Miqrant qayığı batdı: 500-dən çox insan itkin düşdü

Oksana Orucova13:26 - Bu gün
Miqrant qayığı batdı: 500-dən çox insan itkin düşdü

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Myanma sahillərində əsasən Arakan müsəlmanı miqrantları daşıyan iki qayığın batdığını açıqlayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 500-dən çox insanın itkin düşdüyü ehtimal edilir.

Myanmada davam edən zorakılıqlar və ağır həyat şəraiti səbəbindən illərdir təhlükəsiz ərazilərə çatmağa çalışan Arakan müsəlmanları təhlükəli dəniz səfərləri ilə həyatlarını riskə atırlar. Bu səfərlərdən biri növbəti faciə ilə nəticələnib.

UNHCR-in yaydığı açıqlamada bildirilib ki, Myanma sahillərində iki miqrant qayığı batıb. Qayıqlarda 500-dən çox şəxsin olduğu ehtimal olunur.

"Biz və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bu xəbərlərdən dərin narahatlıq keçiririk və insanların həyatını xilas etmək üçün daha güclü səylərin göstərilməsinə çağırırıq", – deyə açıqlamada qeyd olunub.

IOM və UNHCR-in birgə bəyanatında bildirilib ki, sərnişinlər arasında Banqladeşdəki qaçqın düşərgələrindən gələn şəxslər də olub.

Hadisə ilə bağlı axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər