İspaniyada meşə yanğını: Ölənlər var
İspaniyanın cənubunda baş verən meşə yanğını nəticəsində azı 11 nəfər həyatını itirib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Əndəlüs muxtar bölgəsinin Almeriya vilayətinə bağlı Los Qalyardos rayonunda qeydə alınıb. Güclü yanğın səbəbindən bölgədə yaşayan 1 400 nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Əndəlüs Muxtar Hökumətinin yaydığı məlumata görə, yanğının söndürülməsinə Hərbi Fövqəladə Hallar Bölməsinin 70 texnikası və 200 əməkdaşı cəlb olunub.
Bununla yanaşı, Əndəlüs bölgəsinin Malaqa şəhəri ətrafında davam edən digər meşə yanğınlarının söndürülməsi istiqamətində də quru və hava vasitələri ilə əməliyyatlar davam etdirilir.
64












