Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb

Qafar Ağayev09:30 - Bu gün
Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bu, "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyununda qələbə qazanmaları sayəsində mümkün olub.

Ağdam təmsilçisi UEFA Avropa Liqasında İslandiyanın "Vestri", "qartallar" UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo" komandasını üç cavabsız qolla üstələyib. Hər iki qarşılaşma səfərdə baş tutub.

Beləliklə, ölkənin cari mövsümdə qazandığı əmsal 1,500-ə çatıb. Azərbaycan (20,062) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750, 27-ci mövqedəki Bolqarıstanın 18,562 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər