ABŞ-nin gecə saatlarında İrana endirdiyi zərbələrdə 9 nəfər ölüb, 20 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-nin gecə saatlarında İrana endirdiyi zərbələrdə 9 nəfər ölüb, 20 nəfər yaralanıb

Oksana Orucova12:45 - Bu gün
ABŞ-nin gecə saatlarında İrana endirdiyi zərbələrdə 9 nəfər ölüb, 20 nəfər yaralanıb

İran mətbuatının yaydığı məlumata görə, ABŞ-nin gecə saatlarında İranın müxtəlif şəhərlərinə həyata keçirdiyi hücumlar nəticəsində azı 9 nəfər həlak olub, 20 nəfər yaralanıb.

1news.az xəbər verir ki, İranın rəsmi IRNA xəbər agentliyinin məlumatına əsasən, ABŞ-nin gecə ərzində ölkənin bəzi əyalətlərində infrastruktur obyektlərini hədəf alan zərbələri nəticəsində Hörmüzqan əyalətində 8 nəfər həyatını itirib, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yarı rəsmi Tasnim Xəbər Agentliyi isə Çabahar şəhərinin liman ərazisinə edilən hücum zamanı daha bir nəfərin öldüyünü bildirib.

Bununla belə, İran rəsmiləri ABŞ-nin gecə həyata keçirdiyi hücumlarda qeydə alınan itkilərlə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi bundan əvvəl ABŞ-nin iyul ayında ölkəyə təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayının 38 nəfərə, yaralananların sayının isə 400-dən çoxa çatdığını açıqlamışdı.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər