Fərhad Quliyev: Numizmatika Muzeyinin yaranması da təsadüfi deyil
"Gələn qonaqlar ölkəmiz haqqında birinci informasiya əldə etmək üçün İçərişəhəri ziyarət edirlər".
1news.az xəbər verir ki, bu sözləri AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev İçərişəhərdə Numizmatika Muzeyinin açılışı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı söyləyib.
"İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu son bir il ərzində bir neçə uğurlu layihələrə imza atdı. Numizmatika Muzeyinin yaranması da təsadüfi deyil. Azərbaycanın dövlətçilik tarixi, dövlətçiliyini əks etdirən əsas faktlardan biri onun dövlətçiliyi və pulla bağlı olan sənədləridir. Məhz belə bir muzeyin olması Azərbaycan dövlətçiliyini əks etdirilməsi və onun müxtəlif tarixi mərhələlərinə aid olan numizmatikasının təqdimatı çox uzun müddət boşluq olan bir sahənin doldurulması deməkdir. Çünki biz bilirik ki, inkişaf etmiş ölkələrdə, ölkənin tarixini, dövlətçiliyini, dövlətçiliyinin haqqını göstərən numizmatik muzeylər çoxdur".
Foto: Nadir İbrahimli












