“İçərişəhər”in rəhbəri: Bura bu gün də yeni bir funksiya ilə fəaliyyətə başlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“İçərişəhər”in rəhbəri: Bura bu gün də yeni bir funksiya ilə fəaliyyətə başlayacaq

Ayşən Salehli13:09 - Bu gün
“İçərişəhər”in rəhbəri: Bura bu gün də yeni bir funksiya ilə fəaliyyətə başlayacaq

"Muzeyin yerləşmə məkanı da çox önəmlidir".

1news.az xəbər verir ki, bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərdə Numizmatika Muzeyinin açılışı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

"Bilirsiniz ki, İçərişəhərdə bir çox gözəl abidələrimiz var. Aşur məscidi də XII əsrə aiddir və İçərişəhərin ən gözəl, qədim memarlıq abidələrindən biridir. Əsrlər boyu bura ibadət yeri olub və öz gözəlliyini, mənasını qoruyub saxlayıb. Bura bu gün də yeni bir funksiya ilə fəaliyyətə başlayacaq və elmi, mədəni və tarixi bir mərkəzə çevriləcək".

Foto: Nadir İbrahimli

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər