Zelenski əslən azərbaycanlı olan məmuru işdən çıxardı
Əslən azərbaycanlı olan Timur Tkaçenko Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.
1news.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.
Timur Tkaçenko bu vəzifəyə 2024-cü il dekabrın 31-də təyin edilmişdi. Bu ilin may ayında Ukrayna mətbuatında onun istefa ərizəsi yazdığı barədə məlumatlar yayılmışdı.
36 yaşlı Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi olub. O, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.
77












