İspaniya dünya çempionu oldu
İspaniya millisi ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il futbol üzrə dünya çempionatının qalibi olub.
1news.az xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Nyu-York/Nyu-Cersi stadionunda keçirilən həlledici qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Oyunun taleyini əlavə vaxtda vurulan yeganə qol həll edib. Ferran Torres 106-cı dəqiqədə fərqlənərək İspaniyaya qələbə qazandırıb.
Bununla da İspaniya tarixində ikinci dəfə futbol üzrə dünya çempionu adını qazanıb.
Qeyd edək ki, turnirin üçüncü yer uğrunda oyununda İngiltərə millisi Fransanı 6:4 hesabı ilə məğlub edərək bürünc medallara yiyələnib.










