Messidən duyğusal paylaşım: "Bu yaranın sağalması çətin olacaq"
2026-cı il futbol üzrə dünya çempionatının finalında İspaniyaya məğlub olaraq titulu əldən verən Argentina millisinin kapitanı Lionel Messi sosial şəbəkə hesabında azarkeşlərə emosional müraciət edib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı futbol əfsanəsi paylaşımında İspaniya yığmasını çempionluq münasibətilə təbrik etməklə yanaşı, Argentina millisinin turnirdə göstərdiyi mübarizədən qürur duyduğunu bildirib.
Messi paylaşımında qeyd edib:
"Ağrı çox böyükdür və bu yaranın sağalması çətin olacaq. Amma eyni zamanda bütün gözəl xatirələri də qəlbimdə daşıyıram. Hər şeyimizi ortaya qoyaraq qazandığımız və yaddaşlarda əbədi qalacaq oyunları, bu komandanın əməyi və fədakarlığı ilə bir daha dünyanın ən yaxşıları sırasında yer almağımızı, eləcə də bütün ölkənin bizə verdiyi dəstəyi heç vaxt unutmayacağam.
Bu gün buna inanmaq çətin olsa da, komandamız ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlməyi bacardı.
Mənə ünvanlanan bütün xoş arzulara və dəstək mesajlarına ürəkdən təşəkkür edirəm. Bir daha ölkə olaraq birləşməyi və argentinalı olmağın böyük qürurunu birlikdə yaşamağı bacardıq.
Həmçinin dünya çempionu olduqları üçün İspaniya millisini səmimi qəlbdən təbrik edirəm".
Qeyd edək ki, Messi final oyunundan sonra göz yaşlarını saxlaya bilməmiş və bu anlar dünya mediasında geniş müzakirə olunmuşdu.












