Sabah ölkə ərazisində 39 dərəcə isti gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah ölkə ərazisində 39 dərəcə isti gözlənilir

First News Media12:36 - Bu gün
Sabah ölkə ərazisində 39 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. 

Cənub-şərq küləyi əsəcək.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər