DÇ-2026 finalında milyonlar qazanan ulduzlar - SİYAHI | 1news.az | Xəbərlər
Dünya

DÇ-2026 finalında milyonlar qazanan ulduzlar - SİYAHI

Oksana Orucova10:46 - Bu gün
DÇ-2026 finalında milyonlar qazanan ulduzlar - SİYAHI

2026-cı il FIFA Dünya Kubokunun finalı təkcə futbol deyil, həm də möhtəşəm əyləncə proqramı ilə yadda qalıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, turnirin tarixində ilk dəfə olaraq final qarşılaşmasının fasiləsində xüsusi şou təşkil edilib və dünya şöhrətli ulduzlar səhnəyə çıxaraq azarkeşlərə unudulmaz anlar yaşadıb.

Final oyununda İspaniya və Argentina üz-üzə gəlib. İspaniya əlavə vaxtda Ferran Torresin vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Lakin finalın ən çox müzakirə olunan məqamlarından biri də səhnəyə çıxan məşhurların aldığı qonorarlar olub. The Sun nəşrinin yaydığı məlumata görə, siyahının zirvəsində kolumbiyalı müğənni Şakira qərarlaşıb. Onun Dünya Kuboku finalındakı çıxışına görə 15 milyon funt sterlin qazandığı bildirilir.

Məlumata əsasən, digər məşhurların qazancı belə olub:

Şakira – 15 milyon funt sterlin ( ≈ 34,2 milyon manat)
Castin Biber – 12 milyon funt sterlin ( ≈ 27,4 milyon manat)
Timoti Şalame – 12 milyon funt sterlin ( ≈ 27,4 milyon manat)
Liza (BLACKPINK) – 9 milyon funt sterlin ( ≈ 20,5 milyon manat)
Kim Kardaşyan – 8 milyon funt sterlin ( ≈ 18,2 milyon manat)
Madonna – 4 milyon funt sterlin ( ≈ 9,1 milyon manat)
Bruklin Bekhem – 1 milyon funt sterlin ( ≈ 2,3 milyon manat)
Syuzan Boyl – 500 min funt sterlin ( ≈ 1,1 milyon manat)

Beləliklə, Dünya Kuboku tarixində ilk dəfə keçirilən fasilə şousu təkcə möhtəşəm performanslarla deyil, həm də iştirakçılarına ödənilən rekord məbləğlərlə diqqət çəkib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər