İspaniyada meşə YANĞINI: 30 min hektardan çox ərazi külə döndü | 1news.az | Xəbərlər
Dünya

İspaniyada meşə YANĞINI: 30 min hektardan çox ərazi külə döndü

Oksana Orucova13:32 - Bu gün
İspaniyada meşə YANĞINI: 30 min hektardan çox ərazi külə döndü

İspaniyanın Kastiliya-La-Mança bölgəsində baş verən güclü meşə yanğınında 30 min hektardan çox ərazi yanıb, 1 200 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bölgə rəhbəri Emiliano Qarsia-Peyc bildirib ki, yanğının söndürülməsinə 600-dən çox yanğınsöndürən, eləcə də 50-yə yaxın təyyarə və helikopter cəlb olunub. O, hadisəni son illərdə İspaniyada ən mürəkkəb yanğınlardan biri kimi qiymətləndirib.

Ölkədə temperaturun 40 dərəcəni keçəcəyi gözlənilir ki, bu da yanğınla mübarizəni çətinləşdirir.

Avropa Meşə Yanğınları Məlumat Sisteminə (EFFIS) görə, bu il İspaniyada meşə yanğınları nəticəsində artıq 115 mindən çox hektar ərazi məhv olub. Keçən il isə rekord həddə - 393 mindən çox hektar sahə yanmışdı.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər