Venesuelada zəlzələ qurbanlarının sayı artır
Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 5 346 nəfərə çatıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, yaralananların sayı isə 16 740 nəfərdir.
Hökumət şəxsiyyəti müəyyənləşdirilməmiş qurbanların tanınması üçün yaxınlarını DNT nümunəsi verməyə çağırıb. Rəsmi qurumlar itkin düşənlərin sayı ilə bağlı məlumat açıqlamasa da, vətəndaş təşəbbüsünün siyahısında 29 500 nəfər itkin kimi qeyd olunub.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini açıqlamışdı.
75












