"Neftçi" bu gün Konfrans Liqasında mübarizəyə başlayır | 1news.az | Xəbərlər
İdman

"Neftçi" bu gün Konfrans Liqasında mübarizəyə başlayır

First News Media09:30 - Bu gün
"Neftçi" bu gün Konfrans Liqasında mübarizəyə başlayır

"Neftçi" bu gün UEFA Konfrans Liqasında 2026/2027 mövsümündə ilk oyununa çıxacaq.

1news.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi paytaxt təmsilçisi turnirin II təsnifat mərhələsinin ilk görüşündə Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edəcək.

"Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Kiprdən olan FIFA referisi Konstantinos Fellas idarə edəcək.

Tərəflər arasında cavab görüşü bir həftə sonra keçiriləcək. Bu cütün qalibi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər