Ağcabədidə 33 yaşlı kişi kanalda batdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə 33 yaşlı kişi kanalda batdı

1news Redaksiyası11:55 - 27 / 07 / 2026
Ağcabədidə 33 yaşlı kişi kanalda batdı

Ağcabədidə 33 yaşlı kişi kanalda batıb.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə iyulun 26-da Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 1993-cü il təvəllüdlü Orxan Feyruz oğlu İbrahimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
224

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər