Tozun miqdarı normadan çoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

Tozun miqdarı normadan çoxdur

Qafar Ağayev10:20 - Bu gün
Tozun miqdarı normadan çoxdur

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.

1news.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir:

"Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır".

Gülnarə Abbasovanın sözlərinə görə, tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər