Son 7 ayda 6 644 sosial media hesabına giriş məhdudlaşdırıldı
Türkiyədə son 7 ayda 6 644 sosial media hesabına giriş məhdudlaşdırılıb.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin koordinasiyası ilə həyata keçirilən rəqəmsal təhlükəsizlik tədbirləri çərçivəsində son yeddi ay ərzində 6 644 sosial media hesabına giriş məhdudiyyəti tətbiq edilib.
Rəsmi məlumata görə, məhdudlaşdırılan hesablardan 3 679-u FETÖ ilə əlaqəli, 2 965-i isə terror təbliğatı, dezinformasiya və Türkiyəyə qarşı psixoloji təsir fəaliyyəti ilə bağlı olub.
Ən çox giriş məhdudiyyəti X platformasında tətbiq edilib. Siyahıda Instagram, TikTok, Facebook, YouTube və Spotify da yer alıb.
Bildirilib ki, aidiyyəti qurumlar koordinasiyalı bot şəbəkələrini və süni gündəm yaratmağa yönəlmiş kampaniyaları da müəyyən edərək zərərsizləşdiriblər.












