Ebolaya yoluxanların sayı 3 mini keçdi | 1news.az | Xəbərlər
Dünya

Ebolaya yoluxanların sayı 3 mini keçdi

Oksana Orucova10:32 - Bu gün
Ebolaya yoluxanların sayı  3 mini keçdi

Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası ilə bağlı yoluxmaların sayı artmaqda davam edir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 3 075-ə çatıb.

Konqo Demokratik Respublikası Səhiyyə Nazirliyinin yaydığı son statistikaya əsasən, mayın 15-də elan edilən Ebola epidemiyası nəticəsində indiyədək 1 354 nəfər həyatını itirib.

Məlumata görə, epidemiya ölkənin İturi, Şimali Kivu, Cənubi Kivu, Ot-Uele (Haut-Uele) və Tşopo əyalətlərini əhatə edib.

Nazirlik bildirib ki, indiyədək 556 nəfər müalicə olunaraq sağalıb.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər