Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası | 1news.az | Xəbərlər
Cəmiyyət

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

First News Media17:40 - Bu gün
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Son 5 ildə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2 dəfədən çox artıb.

1news.az xəbər verir ki, AZXEBER.COM açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 5 ildə psixi xəstəlik diaqnozu ilk dəfə qoyulan şəxslərin sayı 4 min 39 nəfərdən 8 min 376 nəfərə yüksəlib. 

Belə ki, 2020-ci ildə psixi xəstəlik diaqnozu qoyulan şəxslərin sayı 4 min 39 nəfər olduğu halda, 2024-cü ildə bu göstərici 8 min 376 nəfər təşkil edib.
Bununla yanaşı, tibb müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı da artıb. Belə ki, 2020-ci ildə qeydiyyatda olanların sayı 106 min 299 nəfər idisə, 2024-cü ildə bu rəqəm 117 min 718 nəfərə çatıb.

Əhalinin hər 100 min nəfərinə düşən ilk dəfə diaqnoz qoyulan xəstələrin sayı 40,4-dən 82,1-ə, qeydiyyatda olan psixi xəstələrin sayı isə 1 060,2-dən 1 151,3-ə yüksəlib.

Rəsmi statistika son illərdə psixi sağlamlıq problemləri ilə bağlı ilk dəfə diaqnoz qoyulan və qeydiyyatda olan xəstələrin sayında artım müşahidə edildiyini göstərir.
 

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər