Rusiya qoşunları Pavloqrada zərbə endirib, ölən və yaralananlar var
Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki qida sənayesi müəssisəsinə zərbə endirib, nəticədə 3 nəfər ölüb, azı 10 nəfər yaralanıb.
1news.az report-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib:
"Yaralılar xəstəxanaya yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilir".
Dağıntıların miqyası və zərərçəkənlərin sayı barədə məlumatı dəqiqləşdirilir.
85












