Nigeriyada silahlı hücum: 14 nəfər ÖLDÜRÜLDÜ
Nigeriyanın Benue ştatında silahlı şəxslərin kəndə hücumu nəticəsində 14 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, ştat rəhbərliyinin məlumatına görə, hücum Efeyi bölgəsində baş verib. Hadisə pislənilib və hücumu törədənlərin məsuliyyətə cəlb olunacağı bildirilib.
Qeyd edək ki, Benue ştatında silahlı hücumlar tez-tez baş verir. Nigeriya uzun illərdir silahlı dəstələrin, "Boko Haram" və ISWAP terror qruplaşmalarının hücumları, eləcə də fidyə məqsədilə adam oğurluğu halları ilə mübarizə aparır.
60












