Mərakeşdən İspaniyaya keçmək istəyən 18 miqrant həlak olub | 1news.az | Xəbərlər
Dünya

Mərakeşdən İspaniyaya keçmək istəyən 18 miqrant həlak olub

Oksana Orucova10:22 - Bu gün
Mərakeşdən İspaniyaya keçmək istəyən 18 miqrant həlak olub

Mərakeşin Kastilyexos (Castillejos) sahillərindən İspaniyanın Şimali Afrikadakı Seuta (Ceuta) anklavına keçməyə çalışan 18 qeyri-qanuni miqrant həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, son bir həftə ərzində Mərakeşdən əsasən üzərək Seutaya təxminən 1500 nəfər keçib. Bununla bağlı rəsmi statistika hələ açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl Mərakeş sahillərindən Seutaya üzərək keçməyə cəhd edən 800-dən çox qeyri-qanuni miqranta müdaxilə edilmişdi.

Hadisədən sonra İspaniyanın Baş naziri Pedro Sançes hökumətin bütün imkanlarının səfərbər edildiyini açıqlayıb. Qeyri-qanuni miqrasiya cəhdlərinin artması fonunda İspaniya hökuməti təhlükəsizliyin gücləndirilməsi məqsədilə silahlı qüvvələri Seuta bölgəsinə yerləşdirmək qərarı verib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər