Kanadada məscidə silahlı hücum edilib
Kanadanın Vinnipeq şəhərində yerləşən məscidə silahlı hücum edilib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rahma İslam Mərkəzi məlumat yayıb. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Məlumata görə, iki nəfər avtomobildən məscid binasına atəş açıb. Daha sonra onlar binanın pəncərələrini ağır əşya ilə sındıraraq zərər vurublar. Hücum zamanı məsciddə ibadət edən şəxslərin olduğu qeyd edilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata əsasən, insident mümkün nifrət cinayəti kimi istintaq olunur.
68












