“Milan” və İtaliya millisinin əfsanəsi Franko Barezi vəfat edib
İtaliya millisinin və “Milan” klubunun əfsanəvi futbolçusu Franko Barezi 66 yaşında vəfat edib.
1news.az xəbər verir ki, bu barədə “Milan” klubunun rəsmi saytı məlumat yayıb.
Uzun müddətdir ağır xəstəliklə mübarizə aparan veteran müdafiəçinin vəfat etdiyi bildirilib.
Franko Barezi bütün klub karyerasını “Milan”da keçirib. O, 1978-1997-ci illərdə Milan təmsilçisinin formasını geyinib.
Əfsanəvi futbolçu “Milan”la 6 dəfə İtaliya çempionu olub, 4 dəfə ölkə Superkubokunu qazanıb. O, həmçinin 3 dəfə Çempionlar Liqasının, 1 dəfə isə UEFA Superkubokunun qalibi olub.
Barezi İtaliya millisinin heyətində 81 oyun keçirib. O, 1982-ci ildə dünya çempionu adını qazanıb.
Veteran müdafiəçi 1990-cı il dünya çempionatında bürünc, 1994-cü ildə isə gümüş medal əldə edib.
Franko Barezi “Milan” tarixinin ən böyük futbolçularından biri hesab olunur.












