Rusiya “Telegram”ın təsisçisi Pavel Durov barəsində beynəlxalq axtarış elan etdi | 1news.az | Xəbərlər
Dünya

Rusiya “Telegram”ın təsisçisi Pavel Durov barəsində beynəlxalq axtarış elan etdi

Qafar Ağayev14:55 - Bu gün
Rusiya “Telegram”ın təsisçisi Pavel Durov barəsində beynəlxalq axtarış elan etdi

"Telegram"ın qurucusu və baş icraçı direktoru (CEO) Pavel Durov "terror fəaliyyətinə yardım" ittihamı ilə təqsirləndirilib və barəsində beynəlxalq axtarış elan edilib. 

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada “Telegram” rəhbərliyinin Rusiyadaki terror və təxribat əməllərinin koordinasiyasında istifadə olunan kanal və botları silmədiyi vurğulanıb.

Durov barəsində terror fəaliyyətinə yardım ittihamı çərçivəsində istintaqın aparıldığına işarə edilən açıqlamada beynəlxalq axtarış qərarının verildiyi qeyd olunub.

Açıqlamada Ukrayna kəşfiyyat xidmətləri ilə terror və ekstremist təşkilatların Telegram-dakı çoxsaylı kanal, söhbət qrupu və botu Rusiyada təxribat və terror hücumlarını, kütləvi qətlləri və kiber fırıldaqçılıq fəaliyyətlərini hazırlamaq və koordinasiya etmək məqsədilə istifadə etdiyi bildirilib.

Rusiyada bir müddət əvvəl “Telegram”-a giriş məhdudiyyəti tətbiq edilərkən şirkətə ümumilikdə 100 milyon rublu aşan cərimələr də verilmişdi.

Kremlin sözçüsü Dmitri Peskov da iyulun 27-də səsləndirdiyi açıqlamada “Telegram”-ın yenidən tam güclə işləməsi ilə əlaqədar təmasların davam etdiyini, lakin şirkət nümayəndələrinin bu prosesdə kifayət qədər aktiv davranmadığını demişdi.

Qeyd edək ki, “Telegram” Rusiyanın ən populyar mesajlaşma və sosial media tətbiqləri arasında yer alır.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər