Avstraliyada quş qripi: Vəhşi quşlar arasında ilk kütləvi ölüm qeydə alınıb | 1news.az | Xəbərlər
Dünya

Avstraliyada quş qripi: Vəhşi quşlar arasında ilk kütləvi ölüm qeydə alınıb

Oksana Orucova11:03 - Bu gün
Avstraliyada quş qripi: Vəhşi quşlar arasında ilk kütləvi ölüm qeydə alınıb

Avstraliyada H5 tipli quş qripi səbəbindən vəhşi quşlar arasında ilk kütləvi ölüm hadisəsi təsdiqlənib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, CSIRO-nun açıqladığı nəticələrə görə, Cənubi Avstraliyadakı Baudin qayalıqlarında aşkarlanan quş ölümləri H5 virusundan qaynaqlanıb. Qərbi Avstraliya, Yeni Cənubi Uels, Kvinslend və Viktoriya ştatlarında da oxşar hallar qeydə alınıb.

Ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 74-ə yüksəlib, bunların 54-ü Cənubi Avstraliyanın payına düşür.

Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri Culi Kollinz virusun daha da yayılmasının gözlənildiyini bildirib və hökumətin vəhşi təbiətin qorunması üçün bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər