Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutuldu

First News Media11:14 - Bu gün
Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutuldu

Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən şəxs həbs olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Cəfər Kərimov saxlanılıb.

Ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 63 ədəd çətənə kolu və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər