Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb

First News Media18:05 - 04 / 09 / 2026
Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb

Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.

1news.az Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 1 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə 0,9 bənd çoxdur.

Hesabat dövründə real effektiv məzənnə 115,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd çox, ilin əvvəlinə nisbətən 0,6 bənd az, ötən il iyulun 1-i ilə müqayisədə isə eyni olub.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər