Paytaxtın mərkəzində yanğın – FHN qüvvələri səfərbər edildi - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın mərkəzində yanğın – FHN qüvvələri səfərbər edildi - YENİLƏNİB

First News Media12:17 - Bu gün
Paytaxtın mərkəzində yanğın – FHN qüvvələri səfərbər edildi - YENİLƏNİB

Bakının mərkəzində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

1news.az "Report"a istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar təhlükəsiz əraziyə təxliyə edilib.

 

 

 

11:57

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Obyektdə baş vermiş yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər