Bakıda motosiklet qaçıran şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda motosiklet qaçıran şəxslər saxlanıldı

1news Redaksiyası16:55 - 13 / 08 / 2026
Bakıda motosiklet qaçıran şəxslər saxlanıldı

Paytaxtda motosiklet qaçıran şəxslər saxlanılıblar.
 
1news.az xəbər verir ki, paytaxtın Nəsimi, eləcə də Binəqədi rayonlarında "Yamaha” və "Tufan” markalı motosikletlər qaçırılıb.
 
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Musayev, Ə.Mustafayev, əvvəllər məhkum olunmuş H.Baxşıyev və Ş.Qəfərov müəyyən olunaraq saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər