Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR

First News Media10:56 - Bu gün
Ekspres avtobuslar harada dayanır? - MƏKANLAR

"Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi ilə əlaqədar yeni ekspres avtobus marşrutları açılıb.
 
1news.az
xəbər verir ki, ekspres marşrutların təşkili metronun "28 May” və "Nizami” stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması ilə əlaqədar sərnişinlərin alternativ nəqliyyat imkanlarının təmin olunmasına xidmət edir.

Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.

Yeni ekspres marşrutlar:

M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;

M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;

M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;

M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;

M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;

M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər