Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

First News Media11:09 - Bu gün
Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazada uçqun baş verib.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər