Şirvan kanalında ölən Göyçay sakininin meyiti İsmayıllıda tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvan kanalında ölən Göyçay sakininin meyiti İsmayıllıda tapıldı

First News Media15:33 - Bu gün
Şirvan kanalında ölən Göyçay sakininin meyiti İsmayıllıda tapıldı

Şirvan kanalına düşərək ölən Göyçay sakininin meyiti İsmayıllıda tapılıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 15-də baş verib.

Göyçay rayon sakini Tahir Qafar oğlu Quliyev Şirvan kanalına düşərək həyatını itirib.

Onun meyiti avqustun 16-da kanalın İsmayıllı rayonunun Qubaxəlilli kəndi yaxınlığından keçən hissəsində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər